Vüqar Həşimovun atasının son DURUMU
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. TƏBİB-dən SİA-ya verilən məlumata görə, hazırda həmin şəxsin vəziyyəti ağır-stabil olaraq qalır.
Qeyd edək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir.

