Vüqar Həşimovun valideynlərinin evində baş verən partlayışın səbəbləri araşdılır (YENİLƏNİB)
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Novxanı bağlarında baş verən partlayışla bağlı araşdırma aparılır.
Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, Novxanı bağlar massivindəki partlayışda dağıntılar altından iki nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.
Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.
Qaynarinfo xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.
Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.
APA-nın məlumatına görə, hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.
Baxış sayı:161
Bu xəbər 03 Dekabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















