Vüqar Həşimovun valideynlərinin son vəziyyəti açıqlandı KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynlərinin son durumu bəlli olub.
KONKRET.az xəbər verir ki, bu barədə idman.biz-ə mərhum qrosmeysterin bacısı Samirə Allahverdiyeva məlumat verib.
O bildirib ki, valideynləri hələlik reanimasiyadadırlar:
“Atam müalicəsini Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirir. Hələlik əməliyyat olunmayacaq. Bunun həkim nəzarətində müəyyən mərhələlərdən keçdikdən sonra reallaşması gözlənilir. Lakin anam sabah əməliyyat ediləcək. O, “Yeni Klinika”da müalicə alır. Özləri ilə danışmışıq. Hər ikisinin vəziyyəti hazırda orta ağırdır”.
Qeyd edək ki, Vüqar Həşimovun atası Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















