Vüqar Mustafayev Qabon Respublikasının milli müdafiə naziri ilə görüşüb
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yanvarın 21-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Qabon Respublikasının milli müdafiə naziri Brigitte Onkanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, nazir V.Mustafayev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib, iki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın gələcəkdə genişlənəcəyinə əminliyini vurğulayıb.
V.Mustafayev son illərdə Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər, mövcud istehsal imkanları, müasir texnologiyaların tətbiqi, habelə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
B.Onkanova səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Qabonun Azərbaycanla müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, bu istiqamətdə yeni əlaqələrin qurulmasının, birgə layihələrin həyata keçirilməsinin hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Görüşdə hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri, bu istiqamətdə əlaqələrin inkişafı və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Qabon Respublikasının vitseprezidenti BAKIDADIR FOTO
12 Noyabr 2024 19:29
Vüqar Mustafayev karyerasını bitirir
16 May 2025 18:06
COP29 I Qabon Respublikasının vitseprezidenti Azərbaycana
13 Noyabr 2024 00:57
Qabon Respublikasının vitseprezidenti Azərbaycana səfərə gəlib
12 Noyabr 2024 19:45
Baxış sayı:102
Bu xəbər 21 Yanvar 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















