Icma.az
close
up
RU
Vüqar Qocayev: “Dəmir yollarını genişləndirmək lazımdır”

Vüqar Qocayev: “Dəmir yollarını genişləndirmək lazımdır”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda Azərbaycan dəmir yollarının 63 %-i elektrikləşdirilib.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Rhenus Logistics” beynəlxalq logistika xidmətləri şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Qitələri birləşdirən yol: İpək Yolu boyunca davamlı nəqliyyat və logistika – Avropa və Latın Amerikası” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə sərnişinlərin 100 %-nin, yüklərin isə 80 %-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.

Panel müzakirələrində çıxış edən R. Rüstəmov ADY-nin son iki ildə ətraf mühitə mənfi təsirlərin, o cümlədən karbon emissiyalarının azaldılması istiqamətində əldə etdiyi nailiyyətlərə toxunub. 

Bildirib ki, rəqəmsal həllərin tətbiqi sayəsində Çindən Orta Dəhlizlə Avropaya və əks istiqamətə yüklər daha sürətlə daşınır: “Dəniz marşrutları ilə müqayisədə Orta Dəhlizlə yüklər 3 dəfə daha sürətlə çatdırılır”.

ADY sədri Orta Dəhlizin əsas halqalarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşmə nəticəsində bu ilin mayından tam gücü ilə işlədiyini və buraxılış gücünün illik 5 milyon tonadək artdığını bildirib.

Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ekoloji təmiz dəmir yolu nəqliyyatı, Azərbaycanın nəqliyyat strategiyasının əsas komponentlərindən biridir:

“Son zamanlar həyata keçirilən infrastruktur yenilikləri, elektrifikasiya layihələri çərçivəsində ölkənin əsas dəmir yolları səmərəli hala gəlməkdədir. Gələcəkdə də bu istiqamətdə atılacaq addımlar, Ölkəmzin ekoloji təmiz nəqliyyat sahəsində üstəlik Cənubi Qafqazda müəyyən söz sahibi edə bilər. Bu, həm də Azərbaycanın ətraf mühitin qorunması həmdə iqtisadi baxımdan ölkənin gəlirlərini artmasına səbəb ola bilər”.

O bildirib ki, 2015-ci ildən sonra dəmir yollarına kütləvi şəkildə yeni vaqonlar gətirildi:

“Azərbaycan, dəmir yolu infrastrukturu sahəsində sürətli modernləşmə prosesində mühüm addımlar atıldl. 2015-ci ildə ölkəmizin ADDY şirkəti xarici şirkətlərlə müqavilə bağlayaraq, iki mərtəbəli elektrik qatarlarını ölkəyə gətirildi. Bu qatarlar Bakı-Sumqayıt marşrutunda istifadə olunur və sərnişinlərin konfortlu hərəkətini təmin edir”.

V.Qocayev qeyd edib ki, dəmir yollarını genişləndirmək lazımdır:

“Dəmir yolları sahəsində ciddi dəyişiklər aparılsa da, sərnişin çoxluğu metroda olduğu qədər deyil. Bunun səbəbi dəmir yol xətlərnin rentabelli olmamasıdır.

Məsələn, Ceyrabatan qəsəbəsindən dəmir yol xətti keçsə də, orada dəmir yolu stansiyası yoxdur. Məhz buna görə Ceyrəbatan qəsəbəsinə yollanan sərnişinlər avtobuslardan və taksilərdən daha çox istifadə edirlər. Amma orada stansiya olsa, avtobuslara və taksilərə düşən yük azala bilər”.

Həsən Məmmədov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see404

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see398

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see309

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see301

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see298

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see295

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see282

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see275

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see267

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see265

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see236

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see234

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see230

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see216

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see204

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see198

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see190

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see187

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri