Vüqar Qurbanov səhiyyə sahəsindəki ən önəmli məsələdən DANIŞDI
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
"Bu gün səhiyyə sahəsində ən önəmli məsələ tibb personalının bilik və bacarıqlarının artırılması, onların müasir yanaşmalardan istifadə edərək uğurlu müayinə-müalicə prosesini idarə edə bilməsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, buna adekvat olaraq maddi-texniki bazanın gücləndirilməsi, müasir texnologiyalarla xidmət keyfiyyətinin və səmərəliliyinin artırılması da xüsusi ilə əhəmiyyətlidir.
“TƏBİB də Azərbaycanın önəmli səhiyyə qurumlarından biri kimi tibb sahəsindəki müasir tendensiyaları yaxından izləyir. Bu gün TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması,innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər aparılır”.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 18 Dekabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















