Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Azad edilmiş ərazilərdə görülən işlərin miqyası gələcək barədə aydın təsəvvür yaradır

Vüqar Rəhimzadə: Azad edilmiş ərazilərdə görülən işlərin miqyası gələcək barədə aydın təsəvvür yaradır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri  uğurla davam edir.
Son dörd ilin əsas çağırışlarından biri tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramına uyğun olaraq soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışıdır. Qısa zamanda görülən işlərin  miqyası olduqca genişdir. 2022-ci ilin iyulunda Zəngilan rayonunun Ağalı kəndinə başlanan qayıdış  hazırda beş şəhərin- Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayılın, 4 kəndin-Ağalı, Talış, Zabux və Susun  sakinlərinə qovuşması ilə davam edir.  Hazırda bu istiqamətdə görülən işlərin  miqyası tezliklə bu sırada  yeni ünvanların yer alacağına böyük əminlik yaradır. Dövlətimizin başçısı İlham Əliyev hələ ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində 2024-cü il ilə yanaşı, 2025-ci ildə də sakinlərinə qovuşacaq şəhərlərin adlarını açıqlamışdı. 2024-cü ildə 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndinə köçürüldü. Ağdam, Qubadlı, Zəngilan şəhərlərinə qayıdış 2025-ci ildə nəzərdə tutulub.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 18-də Ağdam rayonuna səfərləri çərçivəsində  bu torpaqda aparılan işlərlə tanışlıq, həmçinin açılışında iştirak etdikləri sosial obyektlər tezliklə  Ağdam şəhərinin müasir şəhərsalma standartlarına uyğun yenidən qurulması ilə yanaşı, tezliklə çal-çağırlı günlərinin qayıdışına  da əminlik yaradır. Davamlı səfərlərin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu ərazilərin müasir dövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütün zəruri addımlar atılır. Ən əsası azad Qarabağda və Şərqi Zəngəzurda yeni idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentin şəxsi  nümayəndəsinin təyin edilməsi işlərin səmərəliliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Həmçinin şəhər və kəndlər Baş plan əsasında bərpa edilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurlu icrası şəhər və kəndlərimizin müasir simasında özünün aydın ifadəsini tapır. Ağdam şəhəri ilk “ağıllı şəhər” olacaq. Azərbaycan bu ərazilərdə görülən işlərin fonunda dünyaya müasir şəhərsalmanın təkmil modelini təqdim edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Ağdam və Zəngilan şəhərlərində Azərbaycan  Milli Şəhərsalma forumları keçirildi. Hər iki tədbirin iştirakçılarının say tərkibinə diqqət yetirdikdə bu forumlara marağın nə qədər böyük olduğunu görürük. Belə tədbirlər işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin  dünya ictimaiyyətinə təqdimatında bir platformaya çevrilib.  Bu torpaqlar erməni vandallığının şahidləridir. Dövlət başçısı İlham Əliyev 2022-ci ildə BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında ermənilərin 30 illik işğal dövründə törətdikləri vəhşiliklərdən, dağıntılardan geniş bəhs edərək  bu reallığı xüsusi qeyd etmişdir ki, Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Dövlət başçısı İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə xidmət edən addımları sırasında bu mühüm sənədi də qeyd etmək istərdik ki, fevralın 20-də Prezident İlham Əliyev “Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Qarabağ tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır. Nazirlər Kabinetinə “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görmək, Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etmək tapşırılıb.
Vüqar Rəhimzadə vurğulayıb ki, son dörd ildə azad edilmiş ərazilərdə görülən işlər bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu təsdiqləməklə yanaşı, böyük qurucu xalq olduğumuzu da  nümayiş etdirir. Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir.  Böyük Qayıdışla bağlı qəbul edilən Dövlət Proqramına uyğun ilk olaraq vacib sosial obyektlərin açılması göstərir ki, Azərbaycan xalqı öz soy-kökünə və doğma torpaqlarına bağlıdır. Cənab İlham Əliyevin bu rayonlara hər bir səfəri xeyli sayda kəndlərin təməlqoyma mərasimlərinin keçirilməsi ilə diqqətdə olur. İrimiqyaslı infrastruktur layihələrinin icrası, enerji ilə təchizata diqqətin artırılması mərhələli, plan üzrə davam etdirilir. Səkkiz ayda inşa olunan Füzuli, ondan sonra istifadəyə verilən Zəngilan Beynəlxalq Hava limanlarının inşası Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı olmaqla turizmin inkişafına önəmli töhfələrdir. Bu il  istifadəyə verilməsi nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanının inşası ilə bu imkanlar daha da genişlənəcək.
Fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan Prezident İlham Əliyev kənd sakinləri ilə görüşündə də bu reallıqlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla, öz gücümüzlə edirik. Öz gücümüzə, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri  qısa müddət ərzində aparılır. Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada  500-ə yaxın insan yaşayır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar,  gənclər  həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir. 
Milli Məclisin deputatı bir daha diqqəti 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində  ərazilərimizin separatçılardan təmizlənməsinə, bu torpaqlarda Azərbaycan Bayrağının ucaldılmasına yönəldərək bildirib ki, suverenliyimizin bərpasından ötən qısa müddətdə, 8 ay ərzində görülən işlər nəticəsində Xocalı şəhəri ilk sakinlərini qarşıladı. Ötən ilin 28 May-Müstəqillik Gününə təsadüf edən bu qürurverici hadisədən öncə, fevralın 26-da Xocalı şəhərində Xocalı faciəsinin 32-ci ildönümü qeyd olundu. Dövlət başçısı İlham Əliyev  həmin səfər çərçivəsində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Mərasim iştirakçıları ilə görüşündə Prezident İlham Əliyev bu çağırışı etdi ki,  otuz iki ildən sonra  biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.
Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin fevralın 19-da  Xankəndi şəhərinə səfəri zamanı görülən işlərlə tanışlığından da bəhs edərək vurğulayıb ki, ölkə Prezidenti Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak etdi. Həmçinin Zəfər parkının təməlqoyma mərasimi oldu. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə də tanış oldu. Təkcə bir səfər çərçivəsində görülən işlərin miqyası ümumilikdə aparılan bərpa-quruculuq işlərinin aydın mənzərəsini yaradır. Onu da qeyd edək ki, Xankəndi şəhəri də yaxın zamanlarda sakinlərinə qovuşacaq şəhərlərimiz sırasındadır.
Millət vəkili onu da bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasının prioritetliyi dövlət büdcəsindən ayırmalarda da öz təsdiqini tapır. 2025-ci il də daxil olmaqla 2020-ci ildən başlayaraq  dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb.  Görülən işlərin hazırkı  miqyası gələcək barədə aydın təsəvvür yaradır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see134

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see133

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see133

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see132

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see129

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see125

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see124

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see121

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see121

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see118

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see118

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see117

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see117

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see114

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see112

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see112

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see109

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri