Icma.az
close
up
RU
Vüqar Tofiqli: Qanunda boşluqlar var, ona görə də bələdiyyələrdə ciddi problemlərlə üz üzə qalırıq

Vüqar Tofiqli: Qanunda boşluqlar var, ona görə də bələdiyyələrdə ciddi problemlərlə üz üzə qalırıq

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.

Bununla bağlı "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq müəyyən ediləcək.

Hazırda bu qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edir.


"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Sherg.az"a söyləyib ki, sözügedən qanuna dəyişiklik edilməsi bələdiyyələrin hər hansı səlahiyyətinin azaldılmasına yönəlməyib:

"Əsas müzakirə mövzusu bələdiyyələrin büdcə gəlirlərinin tənzimlənməsinə yönəlmiş addımdır. Yəni bələdiyyənin öz mülkiyyətində olan əmlakın satışı zamanı çox ucuz yox, normativ hüquqi sənədlər əsasında Hərrac komissiyasının son qiymətlərinə uyğun dəyərləndirilməsi nəzərdə tutulur. Bu mənada istər Hərrac komissiyasında, istərsə də digər satış bazarlarında məbləği bələdiyyə özü təyin etmir. Çünki bununla bağlı qanunvericilikdə də müəyyən məqamlar var ki, bu, sonuncu hərracın qiymətindən aşağı olmamalıdır. Həmçinin bu gün Ədliyyə nazirliyinin bələdiyyələrlə işbaşı və regional idarələri məhz həmin istiqamətdə ciddi addımlar atıblar. Bu isə büdcə gəlirlərində müəyyən artımların olması məhz nazirliyin müvafiq qurumlarının yaranmasına gətirib çıxardı".


Ekspertin sözlərinə görə, əsas məqsəd "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun həm texniki məsələlər, həm də tənzimlənmə baxımından təkmilləşdirilməsidir:

"Düşünürəm ki, nəticədə bələdiyyələrin büdcə gəlirləri də artacaq. Digər tərəfdən bu yaxınlarda Ədliyyə nazirliyinin hesabatı dinlənildi. Minlərlə hektar torpaq sahəsində qanunsuzluqlar meydana çıxdığı üçün bələdiyyəyə geri qaytarıldı. Ümumiyyətlə bu cür dəyişikliklərin edilməsi bələdiyyə ilə bağlı digər qanunvericilik aktlarında da həyata keçirilsə, daha məqsədəuyğun olar. Çünki hazırda bu istiqamətdə qanunda müəyyən qədər boşluqlar var. Ona görə də Azərbaycan bələdiyyəsində bəzən ciddi problemlərlə üz-üzə qalırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri