Vüqarın fotosu... İdman və Biz
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün səhər saatlarında Abşeron rayonunun Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib.
İdman.biz “Report”a istinadən xəbər verir ki, mərhum şahmat ustası Vüqar Həşimovun ata evində baş verən partlayış mənzildə dağıntıya səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından iki nəfər – Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılıb.
Hadisə nəticəsində Vüqar Həşimovun həmin evdə olan fotosu da zərər görüb.
Qeyd edək ki, Vüqar Həşimov Azərbaycan şahmat millisinin üzvü olub. O, 2009-cu ildə yığmamızla Avropa çempionu adını qazanıb. Qrossmeyster millimizə qitə çempionluğu titulunu gətirən qələbəyə imza atıb. Həşimov 2014-cü ildə, 28 yaşında beyin xərçəngindən dünyasını dəyişib.
İdman.biz
Baxış sayı:82
Bu xəbər 03 Dekabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















