Vurduğu qol ilə transferini rəsmiləşdirdi
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Napoli” Çempionlar Liqasına vəsiqə qazandıqdan sonra Rasmus Hoylundun transfer hüquqlarına sahib olacaq.
QOL.az xəbər verir ki, Neapol təmsilçisi “Piza” üzərində 3:0 hesablı qələbə ilə əsas avrokuboka vəsiqəni rəsmiləşdirib. Həlledici görüşdə Hoylund 1 qol və 1 məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm rol oynayıb.
“The Athletic” nəşrinin məlumatına görə, danimarkalı hücumçunun transferi “Mançester Yunayted”ə 44 milyon avro qazandıracaq. Futbolçunun müqaviləsində yer alan bəndə əsasən, “Napoli” Çempionlar Liqasına vəsiqə əldə edəcəyi halda satınalma maddəsi avtomatik qüvvəyə minməli idi.
Qeyd edək ki, 23 yaşlı forvard cari mövsüm “Napoli”də uğurlu çıxışı ilə diqqət çəkib. Romelu Lukakunu əvəzləyən Hoylund bütün turnirlərdə keçirdiyi 43 oyunda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.
Baxış sayı:79
Bu xəbər 17 May 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















