Vurduğu qolu vəfat edən qardaşına həsr etdi Şəkil
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cek Qriliş İngiltərə Premyer Liqasında 16 aydan sonra vurduğu ilk qolunu vəfat etmiş qardaşına həsr edib.
QOL.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi aprelin 2-də 30-cu turun “Lester”ə qarşı oyunun (2:0) 2-ci dəqiqəsində fərqlənib.
O, bu qolu 25 il əvvəl vəfat edən kiçik qardaşı Kilanın xatirəsinə həsr edib.
“Bu gün qardaşımın dünyadan köçməsindən 25 il ötür. Ailəmiz üçün ağır gündür. Anam və atam stadionda idilər, ona görə də qol vurmaq və qalib gəlmək möhtəşəm hiss idi”, – Qrilişin sözlərini BBC yayıb.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə bu ildönümdən xəbərsiz olduğunu, lakin Qrilişin həssas xarakterinə hörmət etdiyini bildirib.
29 yaşlı futbolçunun həmçinin beyin iflici diaqnozu qoyulan 21 yaşlı bacısı Holli var.
“Mən bunu bilmirdim və ailəsi. Anası, atası və bacısı üçün nə qədər çətin olduğunu təsəvvür edə bilmirəm. Onların bu günü xüsusi olaraq qeyd etmələri gözəldir. Düzdür, mən əminəm ki, onlar onu hər gün xatırlayırlar”, – deyə Qvardiola vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 04 Aprel 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















