Icma.az
close
up
RU
Vurmaq, ya vurmamaq? Trampın “İran çıxılmazı” KONKRET

Vurmaq, ya vurmamaq? Trampın “İran çıxılmazı” KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqtonun Tehranla Pakistan vasitəsilə apardığı pərdəarxası danışıqların hələ də konkret nəticə verməməsi regionda gərginliyi son həddə çatdırıb. Məlumata görə, ABŞ-ın xüsusi nümayəndələri Kuşner və Uitkoffun rəhbərlik etdiyi bu təmaslar Dövlət Departamentinin peşəkar diplomatlarını kənarda qoyaraq, daha çox şəxsi sövdələşmə xarakteri daşıyır.

Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün açılması ilə bağlı verdiyi və aprelin 6-da başa çatan 10 günlük ultimatumun vaxtını daha bir gün – aprelin 7-si yerli vaxtla saat 20:00-a qədər uzadıb. Birjalara zərbə vurmamaq üçün bu saatı seçən Tramp, son tvitində “danışıqlarda konkret irəliləyiş olsa, müddət yenidən dəyişə bilər” deyərək geri çəkilmək üçün qapını açıq qoyub.

KONKRET.az xəbər verir ki, “Axios” nəşrinin yaydığı məlumata görə, tərəflər arasında 45 günlük müvəqqəti atəşkəs planı müzakirə olunurdu. Bu planın ilkin mərhələdə müharibəni dayandırması, yekun mərhələdə isə Hörmüz boğazının açılması və İranın nüvə proqramının taleyinin həllini nəzərdə tuturdu. Belə bir sxem Trampa “bataqlıqdan” çıxmaq şansı versə də, Tehrana dərhal heç bir öhdəlik qoymurdu. Lakin rəsmi Tehran bu təklifi rədd edərək qarşı tərəfə faktiki olaraq “kapitulyasiya” şərtləri təqdim edib. İran müvəqqəti atəşkəsdən imtina edərək Ukrayna müharibəsindəki Rusiya modelinə bənzər mövqe sərgiləyir: əvvəlcə müharibənin başa çatması şərtlərində razılaşmaq, yalnız sonra atəşi dayandırmaq. Üstəlik, Tehran regiondakı bütün münaqişələrin dayandırılmasını, İsrailin HƏMAS və Hizbullaha qarşı əməliyyatlarını bitirməsini, sanksiyaların tam ləğvini və İrana təzminat ödənilməsini tələb edir.

Tramp bu rədd cavabından sonra daha sərt və bəzən ziddiyyətli bəyanatlarla çıxış etməyə başlayıb. O, “İranın neftini özümə götürərdim, amma amerikalılar məni anlamaz” və ya “İranlılar bomba səsi eşitməyəndə kədərlənirlər” kimi ifadələrlə emosional fonu qızışdırır. ABŞ və İsrailin “fanatikləri sıradan çıxarıb dialoqa meyilli qüvvələr tapmaq” strategiyası hələ ki, nəticə vermir. İran rejimi gözləniləndən daha dözümlü çıxdı. Hətta yeni Ali Lider Müctəba Xameneyinin səhhəti ilə bağlı yayılan şayiələr və efirdə süni intellektlə hazırlanmış videoların göstərilməsi belə sistemin sarsılmadığını göstərir. Bu, beynəlxalq aləmdə “ölkəni fiziki olaraq mövcud olmayan şəxs də idarə edə bilər” kimi yeni bir texnoloji idarəetmə presedenti yaradır.

Hazırda Hörmüz boğazında vəziyyət kritikdir. Müharibədən əvvəl gündəlik 135 gəminin keçdiyi boğazdan ötən həftəsonu cəmi 20 gəmi keçib. Tehran boğazı yalnız “düşmən” ölkələr üçün bağladığını desə də, praktiki olaraq hər bir keçid üçün xüsusi icazə və qeyri-rəsmi olaraq 2 milyon dollara yaxın “təhlükəsizlik rüsumu” tələb olunur. SEPAH gəmiləri “təhlükəsiz marşrutla” müşayiət etmək müqabilində bu vəsaiti toplayır ki, bu da beynəlxalq dəniz hüququnun kobud şəkildə pozulmasıdır. Rusiya, Çin və Hindistan kimi “dost” ölkələr üçün belə bu rüsumun tətbiqi gündəmdədir. Əgər Tramp boğazın qismən açılmasını öz qələbəsi kimi qələmə verib geri çəkilsə, bu, beynəlxalq ticarətdə xaos yaradan bir presedent kimi tarixə düşəcək. Trampın “bu, əhəmiyyətli təklifdir, amma hələ kifayət deyil” deməsi onun növbəti dəfə “göz qırpmağa” hazır olduğundan xəbər verir.

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Aprel 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri