Vüsal Hüseynovun klinikası hakim qarşısında Yeni Gündəm
Icma.az bildirir, Yenigundem portalına istinadən.
Dəfərlərlə cərimələnən “VMR Medical Center”la bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
“Yeni Gundem” xəbər verir ki, klinikanın İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
“VMR Medical Center”la bağlı iş Bakı Apellyasiya Məhkəməsindədir. 13 fevral tarixində hakim Faiq Qəniyevin səsdrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “VMR Medical Center” rəhbəri Vüsal Hüseynovdur.
Xatırladaq ki, son günlər klinikanın adı lisenziyasız fəaliyyət, qanunsuz kosmetoloji xidmət, saxta həkim çalışdırmaqda hallanır.
Qarşə tərəfi dinləməyə hazırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















