Vüsal Nəsirli qaynını müşaviri təyin etdi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mahmud Məmməd oğlu Məmmədəliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub.
Qeyd edək ki, müşavir təyin edilən M.Məmmədəliyev Vüsal Nəsirlinin qaynıdır.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, Vüsal Nəsirli təxminən 2 ay əvvəl - 6 fevral 2026-cı ildə AAYDA-nın rəhbəri təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:465
Bu xəbər 04 Aprel 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















