Vüsal Nəsirlinin işi çox olacaq... Foto
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün intensiv yağışlar nəticəsində Bibiheybət yolunda yaranmış torpaq sürüşməsi ilə əlaqədar hadisə yerinə gedən vəzifəli şəxslər arasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli də olub.
“Qafqazinfo” xəbər verir ki, 2 ay əvvəl agentliyin rəhbəri təyin edilən V.Nəsirli fövqəladə hallar Naziri Kamaləddin Heydərovla birgə əraziyə baxış keçirib.
Müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb, atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, Vüsal Nəsirli fevralın 6-da Prezidentin Sərəncamı ilə AAYDA-nın İdarə Heyətinin sədri təyin edilib. O bu təyinatadək əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini idi.
Son vaxtlar intensiv yağışların səbəb olduğu sürüşmə, sel və daşqınlar yollarda və yol ötürücülərində-körpülərdə ciddi problemlər yaratmaqdadır. Bununla yanaşı, tez-tez əvvəlki illərdən qalan bəzi problemlər, bir sıra yolların keyfiyyətsiz çəkilməsi nəticəsində dağılması məsələsi gündəmə gəlir.
Görünən odur ki, Vüsal Nəsirlinin işi kifayət qədər çox olacaq...

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:457
Bu xəbər 06 Aprel 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















