Icma.az
close
up
RU
Vüsal Şıxəliyev: Elektrik şəbəkəsinə qoşulmada islahatlar beynəlxalq reytinqləri yaxşılaşdırıb

Vüsal Şıxəliyev: Elektrik şəbəkəsinə qoşulmada islahatlar beynəlxalq reytinqləri yaxşılaşdırıb

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda elektrik şəbəkəsinə qoşulma sahəsində aparılan islahatlar və yaradılan elektron xidmətlər biznes mühitinin əlverişliliyinin artırılmasına müsbət təsir etməklə yanaşı, müvafiq sahədə beynəlxalq reytinqlərin yaxşılaşmasına töhfə verib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nazirliyin rəhbərlik etdiyi "Elektrik təchizatı şəbəkələrinə qoşulma" işçi qrupunun videokonfrans formatında 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat xarakterli iclasında Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib.

Onun sözlərinə görə, bu sahədə əldə edilmiş nailiyyətlərin daha da gücləndirilməsi və yeni istiqamətlərdə təkmilləşmələrin davam etdirilməsi qarşıda duran əsas prioritetlərdəndir.

İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev iclası açaraq gündəlikdə duran məsələləri təqdim edib, cari ildə müvafiq sahədə əldə edilmiş nailiyyətləri və qarşıda duran vəzifələrin səmərəli icrasının ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

"Azərişıq" ASC sədrinin birinci müavini Ramil Yusifov isə elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində icra edilmiş rəqəmsallaşdırma və optimallaşdırma tədbirləri haqqında danışıb, növbəti ildə də bu səylərin genişləndiriləcəyini, eyni zamanda həm sahibkarlarla, həm də geniş ictimaiyyətlə müntəzəm kommunikasiyanın davam etdiriləcəyini qeyd edib.

İclasın gündəliyinə müvafiq olaraq, Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına hesablanmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. 2025-ci il üzrə Yol Xəritəsinin layihəsi müzakirəyə çıxarılıb, elektrik şəbəkəsinə qoşulma prosesinin daha da optimallaşdırılması məqsədilə nəzərdə tutulmuş tədbirlər iştirakçılar tərəfindən ətraflı təhlil edilib.

İntensiv Kommunikasiya Planının icrası istiqamətində elektrik şəbəkələrinə qoşulma prosesinin şəffaflığını təmin etmək və bu sahədə sahibkarların məlumatlılığını artırmaq məqsədilə reallaşdırılan tədbirlər nəzərdən keçirilib.

İclasda, həmçinin "Kommunal xidmətlər (elektrik)" indikatoru üzrə ekspert sorğularına verilən cavabların diaqnostika sənədi müzakirə edilib.

Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərnerji” ASC, "Azərişıq" ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qarşıda duran tapşırıqların icrası ilə bağlı təklif və tövsiyələr qiymətləndirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://report.az
archiveBu xəbər 26 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri