Vüsalə Ağ şəhər dəki evindən köçdü: “Babalımı yuyanları Allaha həvalə etdim” (Foto)
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tele-aparıcı Vüsalə Əlizadə paylaşımı ilə müzakirələr yaradıb.
Milli.Az xəbər verir ki, məşhur televiziya siması evindən köçdüyü barədə görüntünü izləyiciləri ilə bölüşüb.
O, paylaşımında diqqət çəkən məqamlara toxunub:
"Heç sevmirəm köç etməyi. Yorğun, gərgin, hər şey dağınıq, eyni zamanda yükdən çox ağır xatirələr alırsan çiyninə. Enerjini saçdığın, nəfəsinlə isitdiyin, qəhqəhələr atdığın bəzən də bir küncünə qısılıb, körpə uşaq kimi ağladığın, acılı, şirinli xatirələr... Mən çox yoruldum illərdir balamı dişimə alıb, işim üçün, onun təhsili, gələcəyi üçün bu yükə də qatlandım, amma kirayə olduğum hər evə "yad evi" demədən o qədər sevgi verdim ki, o qədər bağlandım ki, sevginin dünyanı gözəlləşdirə biləcəyinə o qədər inandım ki... Və bir o qədərdə əminəm ki, Allahım məni yenə mükafatlandıracaq. Haqqıma girənlər, babalımı yuyanlar, sadəcə Allaha həvalə etdim. Bilirəm, yenə olacaq cılız beyninə görə şərh verənlər, olsun yenə deyirəm, Allah hər kəsə ürəyinə görə versin Sadəcə mən sevgi və həssaslıqla yaşadığım bu hissimi də mənə doğma olan siz izləyicilərimlə bölüşmək istədim. Allah qismət etsin tezliklə öz evimizə köçək Amin".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 21 İyul 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















