Icma.az
close
up
RU
Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirildi

Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirildi

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Aparıcı Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında yazıb. O bildirib ki, səhhətində yaranan problemə görə, xəstəxanaya getməli olub:

"Analizlərdən sonra gecəni xəstəxanada keçirtdim. Həkimim "Heç nə yoxdur, sadəcə 2 saat sizi yatıracağıq" dedi. Yəni, bunun adı "əməliyyatdır".

Vüsalə haqqında yazılan şərhlərə də cavab verib:

"Bəzən bilib-bilmədən bəxtəvərlik oxuyub nəfsini tökən, “Kaş onun yerində olaydım!” deyənlər. Onlara nə var, kefdədirlər dərdləri, sərləri yox kimi cılız yanaşmalar. Bu fikirlər təkcə mənim üçün deyil, sosial gündəmdə olan bir çoxları üçün səslənir. Mənim həyatımın marağında olanlar bir ayrı ordudur.

Heç kimin həyatında,qazancında, ruzusunda, azında, çoxunda gözüm olmayıb, öz kiçik dünyamda sevdiklərimlə, bir balamla xoşbəxt olmağa çalışmışam. Mənim də o qədər çatan-çatmayan tərəflərim olub ki, var da! Amma heç kimin yaşamına, heyatına baxıb köks ötürməmişəm. Allahımın mənə məsləhət bilib verdikləri ilə yetinmişəm və dünya malına heç vaxt "mənimdir" deməmişəm.

Hər dua edəndə deyirəm ki, “Allahım, sənin olanları mənim hansısa savabıma, xeyir əməlimə görə mükafat vermisən. Çünki mal-mülk də Allahındır! Necə ki, məktəbdə yaxşı oxuyub, yaxşı qiymət aldığımız kimi, gözəl həyatımız da Allahın hədiyyəsidir. Amma bunun bədəlini hərə bir cür verir, inanın ki, verir. 17 yaşımdan sağlamlığımla mübarizə aparıram. 23 ildir ki, hər səhər-axşam müalicə alıram, şikayət etmirəm, qismətim belədir. Allah birini alanda, başqasını verir. Mən yenə də Allahın ətəyindən əlimi üzmədim. Allahım məni sınadı.

Ana olmaq üçün hansı risklərdən keçdim. Nə gözəl ki də keçdim, minlərlə qadına stimul verib arzularının çiçək açmasına səbəb oldum. Çox şükür bu günə. Deməyim odur ki, həyat mücadilədir, bir savaşdır, biz də savaşçı, öz heyatınızın səngərində vuruşun, başqa səngərin nə enişi-yoxuşu var bilmirsiniz, nəfsinizin qurbanı olmayın. Hər kəs qismətinə yazılanı yaşayacaq. İnşallah ki, qismətimizə gözəl günlər yazılsın. Yazan, maraqlanan, nigaran qalan hər kəsə çox təşəkkür edirəm, minnətdaram.

Qeyd edim ki, böyrək problemi deyil. Kiçik bir kista yaranmışdı. Hər şey yaxşıdır və daha yaxşı olacaq. Əvvəlcə özünüzü sevin, sonra sizi var edənləri. Allaha əmanət olun".

Qeyd edək ki, Vüsalə uzun illər böyrək çatışmazlığından əziyyət çəkib. Anası ona bir böyrəyini verib. Aparıcının Dilək adlı bir qızı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri