Icma.az
close
up
RU
Vüsalə Hüseynli: “Qlobal Cənub Platformasının təsis konfransı İlham Əliyevin beynəlxalq arenadakı nüfuzunun göstəricisidir”

Vüsalə Hüseynli: “Qlobal Cənub Platformasının təsis konfransı İlham Əliyevin beynəlxalq arenadakı nüfuzunun göstəricisidir”

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün  Bakıda  öz işinə başlamış Qlobal Cənub QHT Platformasının  təsis konfransı dünya miqyasında tarixi hadisə kimi qiymətləndirilməlidir.  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası - COP 29  ardınca rəsmi Bakının Qlobal Şimalla-Qlobal Cənub arasında vasitəçi, körpü rolunda çıxış etməsi ölkəmizin beynəlxalq nüfuzundan, eyni zamanda dövlət başçısının beynəlxalq  masada söz sahibliyinin bariz nümunəsidir.

Bunu Lent.az-a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib. O bildirib ki, bu gün rəsmi Bakının ev sahibliyi etdiyi beynəlxalq konfrans dünyanın 80 % vətəndaş cəmiyyəti nümayəndələrini əhatə edir:

“Bu tədbirin tarixi mahiyyəti ilə yanaşı bir neçə tərəfdən üstünlüklərini sadalamaq mümkündür. İlk olaraq dünyanın ədalətsiz tərəzisinə etiraz edən rəsmi Bakının zamanında özü də  beynəlxalq birlik tərəfindən ədalətsizliyə, laqeydliyə məruz qaldığını unutmayaq. Digər tərəfdən COP 29- un ardınca keçirilən böyük əhəmiyyətli tədbirə ev sahibliyi etmək Azərbaycanın  tutduğu siyasi kursa  sadiqliyinin təsdiqidir. Eyni zamanda, Azərbaycan bu tədbirlə dünyaya göndərdiyi mesaj biz hər zaman köməyə ehtiyacı olan, ədalət istəyənlərin yanındayıq deməkdir. Vətəndaş Cəmiyyətinin qarşılıqlı əlaqələrinin formalaşması, Azərbaycan vətəndaş cəmiyyətinin zəngin təcrübəsinin beynəlxalq masada bir daha nümayiş olunması baxımından gözəl imkandır. “

QHT sədrinin sözlərinə görə, Azərbaycan COP29-da  qarşısına qoyduğu hədəfi təmin etmiş oldu: “Bu gün tam əminliklə söyləmək mümkündür ki,  Qlobal Cənub Platformasının fəaliyyəti zamanı da bu koalisiyanın tam zamanında təsis olunduğunu və Azərbaycanın  beynəlxalq müstəvidə daha bir uğurlu fəaliyyətinin şahidi olacağıq. Dünyada baş verən ədalətsizliklərin fonunda,  Fransanın müstəmləkəçi siyasətinin tüğyan etdiyi, ABŞ-ın  dünya dövlətlərinin düzəninə təsir imkanlarından faydalanaraq bu ədalətsizliyi dəstəkləməsi, beynəlxalq təşkilatların buna göz yumması, insanların yaşamaq hüquqlarının tapdanmasına rəğmən , Bakıda keçirilən tədbir dünyanın ədalətsizliyinə qarşı  bir çağırış kimi qiymətləndirilməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Aprel 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see244

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see234

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see194

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see193

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see176

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see170

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see164

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see151

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see150

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see141

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri