Icma.az
close
up
RU
Vüsalə Mahirqızı: Süni intellekt media üçün yeni peşələr yaradacaq

Vüsalə Mahirqızı: Süni intellekt media üçün yeni peşələr yaradacaq

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Süni intellekt təkcə bizim jurnalistikaya deyil, ümumilikdə jurnalistikanın gələcəyinə təsir edəcək bir faktordur. Artıq bir çox ölkələrdə süni intellektin media sahəsində yaradacağı yeni peşələrlə bağlı jurnalistika və media-kommunikasiya fakültələrində müzakirələr aparılır, hətta yeni ixtisaslar üzrə tələbə hazırlıqlarına başlanılıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı deyib. 
O bildirib ki, söhbət jurnalistikanın sıradan çıxmasından getmir:
"Əksinə, süni intellektə sual verdikdə, o özü belə qeyd edir ki, jurnalistika gələcəyin peşəsidir. Çünki insan faktoru və subyektiv yanaşma tələb olunan müddətcə jurnalist də olacaq. Jurnalistin işi davam edəcək, lakin bu işin mahiyyəti və forması dəyişə bilər.
Süni intellekt hazırda jurnalist üçün bir mənbə və köməkçi vasitədir. Məsələn, jurnalistlər bu texnologiyadan yazılarını "Google" və digər axtarış standartlarına uyğunlaşdırmaq, məlumat toplamaq və hətta təhlil üçün istifadə edirlər. Amma burada əsas məsələ odur ki, süni intellektin təqdim etdiyi məlumatlar insan tərəfindən yenidən yoxlanmalı və dəqiqləşdirilməlidir. Çünki faktların dəqiqləşdirilməsi jurnalistin əsas vəzifələrindən biridir.
Bundan əlavə, süni intellekt media üçün yeni peşələr yaradacaq. Məsələn, sosial media menecmenti, məzmun redaktəsi, süni intellektlə inteqrasiya olunmuş jurnalistika formaları və s. Bu sahələr üzrə ixtisaslaşmış kadr hazırlığı vacib olacaq".
Onun sözlərinə görə, süni intellekt jurnalistikaya zərər vurmaq əvəzinə, onu dəstəkləyən və yeni imkanlar yaradan bir texnologiyaya çevrilə bilər:
"Lakin gələcəkdə elə səviyyəyə gəlib çata bilər ki, bəzi mövcud ixtisasları, məsələn, redaktor və ya tərcüməçi kimi köməkçi vəzifələri sıradan çıxara bilər. Məsələn, əvvəllər qəzet redaksiyalarında kompüter yığıcıları işləyirdi, indi isə jurnalistlərin özü bu işi görür.
Nəticə etibarilə, jurnalistikanın mahiyyəti qalacaq, sadəcə bəzi texniki ixtisaslar süni intellekt tərəfindən əvəzlənə bilər. Amma jurnalist, yəni, əsas məhsulun müəllifi yenə də insan olacaq".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 İyul 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri