Icma.az
close
up
RU
Vyana şəhərində Türk Dövlətləri Həftəsi keçirilib

Vyana şəhərində Türk Dövlətləri Həftəsi keçirilib

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı il 12–15 yanvar tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Türk Dövlətləri Həftəsi keçirilib.

Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın nümayəndələri iştirak ediblər.

Yanvarın 13-də Vyananın MuTh salonunda keçirilən qala konsertdən sonra, 14 yanvar 2026-cı il tarixində Vyana Azərbaycan Mədəniyyət Mərkəzi türk dünyasının yaddaşına həkk olunan mühüm və tarixi bir görüşə ev sahibliyi edib. Türk Dövlətləri Həftəsi çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi, Azərbaycanın Avstriyadakı Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə keçirilən toplantı sadəcə rəsmi tədbir olmaqla kifayətlənməmiş, ortaq kökün, qardaşlığın və birliyin canlı təcəssümünə çevrilib. Burada Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli, Türkiyənin Avstriyadakı səfiri Gürsel Dönmez, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Levent Eler, Qırğızıstanın Birləşmiş Millətlər Təşkilatı (Vyana) yanında daimi nümayəndəsi Nurjan Şaildabekova, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və TDT-yə üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə keçirilən bu tədbir bir daha göstərdi ki, türk xalqları üçün birlik ideyası formal çağırış deyil, qəlbdən gələn inam, milli məsuliyyət və ortaq gələcəyə verilən sözdür.

Tədbirin moderatorluğu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Leyla Həmzəyeva tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib. Türk Dövlətləri Təşkilatının Baş katibi cənab Kubaniçbek Omuraliyev, Azərbaycanın Avstriyadakı səfiri cənab Rövşən Sadıqbəyli və digər rəsmi nümayəndələr çıxış edərək Avropada fəaliyyət göstərən türk diaspor təşkilatlarının daha sıx inteqrasiyasının, birgə fəaliyyətin və ortaq ruhun gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Tədbirdə Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının magistrantı, gənc pianoçu, Avstriyada diaspor fəalı Ayan Məmmədli də gənclər adından çıxış edərək, Avropada təhsil aldığı illər ərzində Azərbaycanın milli musiqisini və mədəniyyətini müxtəlif ölkələrdə necə sevdirərək tanıtdığından danışıb. Ayan Məmmədlinin çıxışı sadəcə bir sənət yolunun təqdimatı deyil, bir Azərbaycan gəncinin vətən sevgisinin, türkçülük ideyasının və milli məsuliyyətin səmimi etirafı idi.

O bildirib ki, Avropanın mərkəzində, Avstriyada bu cür mötəbər toplantıda çıxış etmək onun üçün böyük şərəf və qürurdur. Bu platforma yalnız siyasi və iqtisadi məsələlərin deyil, eyni zamanda türk dünyasının mədəniyyətinin, diaspor gücünün və ortaq ruhunun bir araya gəldiyi mühüm məkandır. O, bu tribunada yalnız musiqiçi kimi deyil, uşaqlıqdan türk dünyasının birliyini yaşayaraq böyümüş bir gənc kimi söz aldığını xüsusi vurğulayıb.

Ayan Məmmədli 2008–2019-cu illərdə Türk Dünyası Araşdırmalar Vəqfinın Bakı Atatürk Liseyində təhsil aldığını, bu məktəbin ona təkcə bilik deyil, türk kimliyi, ortaq mənsubiyyət və birlik düşüncəsi aşıladığını qeyd edib. Türkiyəyə tez-tez səfərləri, “23 Nisan Cocuk Şölənləri”ndə iştirakı, müxtəlif ölkələrdən olan türkdilli uşaqlarla qurduğu dostluqlar onun dünyagörüşünü formalaşdırıb. O, türk dünyasının birliyini kitablardan deyil, yaşayaraq öyrəndiyini vurğulayıb.

Musiqinin onun həyatında sadəcə peşə deyil, missiya olduğunu bildirən gənc pianoçu bu günədək dünyanın onlarla ölkəsində keçirilən beynəlxalq müsabiqə və konsertlərdə iştirak etdiyini, Azərbaycan və türk musiqisini böyük qürurla səsləndirdiyini söyləib. Altı ildir Avstriyanın Anton Bruckner Universitetində fortepiano üzrə təhsil alan Ayan Məmmədli Avropanın bir çox ölkələrində, o cümlədən Avstriya, Niderland, Danimarka, Norveç, Macarıstan, Türkiyə, İtaliya, Fransa, eləcə də Argentina kimi uzaq coğrafiyalarda təxminən əlli konsert proqramı ilə çıxış edib. Bu proqramların əksəriyyətində Azərbaycan milli musiqiləri, muğamlar və ümumilikdə türk musiqi irsi xüsusi yer alıb.

O qeyd edib ki, musiqi sərhəd tanımır və Avropada yaşayan türk diasporları üçün mədəniyyət və incəsənət kimliyi qorumağın, birlik yaratmağın ən təsirli yoludur. Bu gün bir çox əcnəbi dinləyici Azərbaycanı və türk dünyasını məhz musiqi vasitəsilə tanıyır və bu, diaspor fəaliyyətinin ən təsirli formalarından biridir.

Çıxışının sonunda Ayan Məmmədli Türk Dövlətləri Təşkilatı çərçivəsində Avropada birgə mədəni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, bir sıra təkliflər irəli sürüb. Belə ki, onun “Türk Dünyası Musiqi Festivalı”nın Avropa ölkələri daxil olmaqla hər il fərqli məkanda keçirilməsi, “Türk Dünyası Gənclər Orkestri və Simfonik Ansamblı”nın yaradılması, Avropadakı diaspor təşkilatlarının dəstəyi ilə musiqiçi və tələbə mübadilə proqramları, ortaq “Türk Dünyası Musiqi Akademiyası” və ustad dərslərinin təşkili, milli musiqilərimizi əhatə edən rəqəmsal “Türk Dünyası Musiqi Arxivi”nin yaradılması, Avropada yaşayan Türk diasporlarını birləşdirən mütəmadi birgə konsert turlarının təşkil edilməsi və digər bu kimi addımların atılmasının, gələcəkdə yalnız mədəniyyəti deyil, Avropadakı Türk diasporlarının da daha sıx birləşməsi, koordinasiyanın güclənməsində mühüm addım ola biləcəyi və bütün bunların Türk Dövlətləri Təşkilatının mədəni gücünü daha görünən edəcəyi haqqında irəli sürdüyü təkliflər, tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Artıq bir neçə ildir ki, Ayan Məmmədlinin avropada təhsil almaqla yanaşı, həm də bir diaspor fəalı kimi göstərdiyi fəaliyyəti bir daha sübut edir ki, o, təkcə istedadlı musiqiçi deyil, milli ruhu daşıyan, mədəniyyəti ilə vətənini təmsil edən əsl vətənpərvər türk gəncidir.
Vyanada keçirilən bu görüş bir daha göstərdi ki, birlik türk dünyasının ən böyük gücüdür və bu gücün daşıyıcısı gələcəyimiz olan gənclərimizdir!

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Yanvar 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri