Vyetnam Telegram a girişi bloklamağı əmr edib
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Vyetnamın İnformasiya Texnologiyaları Nazirliyi cinayətlərin araşdırılmasında şirkətin səlahiyyətlilərlə əməkdaşlıqdan imtina etməsi səbəbindən telekommunikasiya provayderlərinə 2025-ci il iyunun 2-dək "Telegram" platformasına girişi bloklamağı əmr edib.
Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” rəsmi sənədlərə istinadən məlumat yayıb.
Məqalədə vurğulanıb ki, 9600 yerli "Telegram" kanalı və qruplarının təxminən 68 faizi qanunsuz fəaliyyətlərlə, o cümlədən fırıldaqçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və terrorizmlə əlaqəsi şübhəli bilinən fəaliyyətlərlə bağlıdır. Bloklama qərarı "Telegram" rəhbərliyinin cinayət işləri üzrə müstəntiqlərin sorğularına cavab olaraq istifadəçi məlumatlarını verməkdən imtina etdikdən sonra verilib.
"Telegram" və Vyetnam Nazirliyinin nümayəndələri hələlik vəziyyəti şərh etməyiblər.
Zərintac Mayisqızı
Missiya.Az
Baxış sayı:134
Bu xəbər 23 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















