Vyetnamda Kajiki qasırğası nəticəsində ölənlərin sayı 7 yə çatıb
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vyetnamda “Kajiki” qasırğasının törətdiyi şiddətli tufan və daşqınlar nəticəsində ölənlərin sayı 7-yə, xəsarət alanların sayı isə 34-ə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, Vietnam News-un məlumatına görə, Kajiki qasırğasının yaratdığı leysan və daşqınlar ölkədə həyata mənfi təsir göstərməkdə davam edir.
Ölənlərin sayının 7-yə, yaralıların sayının isə 34-ə yüksəldiyini qeyd edən səlahiyyətlilər, bir nəfərdən xəbər alınmadığını bildirib.
Səlahiyyətlilər həmçinin tayfun səbəbindən təxminən 1,6 milyon insanın elektrik enerjisinin kəsildiyini və 15 evin tamamilə dağıldığını bildirib.
Vyetnamın Baş naziri Pham Minh Chinh yerli hakimiyyət orqanlarına axtarış və xilasetmə işlərinin tam sürətlə davam etməsini təmin etmək üçün səfərbər olmağı tapşırıb.
Avqustun 23-də Kajiki tayfunu səbəbindən Çinin cənubundakı Hainan adasında "4-cü səviyyə" fövqəladə vəziyyət elan edilib.
Kajiki bu il Sakit okeanda əmələ gələn 13-cü tayfun kimi qeydə alınıb.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 27 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















