Washington Post : Tramp Çin Rusiya müttəfiqliyini pozmaq üçün Putinlə dost olmağa çalışır
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Çin-Rusiya müttəfiqliyini pozmaq üçün Moskva ilə əlaqələr qurmağa çalışır, lakin belə bir strategiya uğursuzluğa məhkum ola bilər.
Teleqraf xəbər verir ki, bunu Rusiya-Amerika münasibətləri üzrə ekspert David İqnatius "Washington Post"dakı yazısında qeyd edib.
İqnatius Trampın qəbul etdiyi taktikanı “Tərs Kissincerin taktikası” adlandırır.
1970-ci illərdə ABŞ-nin o zamankı dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincer Vaşinqtonun Sovet İttifaqı ilə əməkdaşlığına xələl gətirmək üçün Çinlə əlaqələrini inkişaf etdirməyə başladı. İndi Tramp eyni hiyləni etməyə çalışır, lakin əskinə.
“Tramp əmindir ki, yeni güclənmiş Birləşmiş Ştatlar Rusiyanı Çindən qopara biləcək. Moskvanı Ukrayna sülh sazişinə tərəfdaş etməklə Tramp üç təsir dairəsi yaradır. ABŞ Rusiya ilə Çin arasında balanslaşdırıcı qüvvə olmağa can atır. Bu, böyük səhvdir. İlk növbədə ona görə ki, Tramp Vladimir Putinlə Çin lideri Si Tszinpin arasında nə qədər sıx münasibətlərin qurulduğunu düzgün qiymətləndirmir. Həm Moskva, həm də Pekin Trampla öz maraqlarına uyğun oyun oynamağa çalışacaq. Eyni zamanda, Birləşmiş Ştatlar Avropa və Asiyadakı müttəfiqlərinə böyük zərər vura bilər, çünki oradakı dövlətlər indi Amerikanın Rusiya və Çinin gücünü cilovlamaq istəyini şübhə altına alır", - İqnatius qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Aprel 2025 03:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















