“Washington Post”: Ukrayna Suriya müxalifətinə kömək edib
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
- +
Dəməşqdə hakimiyyətə gələn Suriya müxalifəti Rusiya və onun suriyalı müttəfiqlərini sarsıtmağa çalışan Ukrayna kəşfiyyatçılarından pilotsuz təyyarələr və digər dəstək alıblar.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Washington Post“da məqalə dərc edilib.
Məqalədə qeyd edilib ki, Ukrayna kəşfiyyatı 4-5 həftə əvvəl Suriyanın İdlib şəhərində müxalif qrup Heyət Təhrir əl-Şama (HTS) kömək etmək üçün 20-yə yaxın pilotsuz uçuş aparatı operatoru və 150-yə yaxın pilotsuz təyyarə göndərib.
“Washington Post“ Qərb kəşfiyyat mənbələrinə istinadən bildirib ki, Kiyevdən gələn yardım Suriya Prezidenti Bəşər Əsədin devrilməsində cüzi rol oynayıb.
“Lakin bu, Rusiyanın Yaxın Şərq, Afrika və Rusiyanın daxilindəki əməliyyatlarına gizli şəkildə zərbə vurmaq üçün Ukraynanın daha geniş səylərinin bir hissəsi kimi diqqətəlayiq olub”, – məqalədə qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 11 Dekabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















