“Washington Post”dan Tramp senzurası: Qərb mediası tənqidi qəbul edə bilmədi
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri hesab edilən “Washington Post” şok olaya imza atıb.
Publika.az xəbər verir ki, “Washington Post” qəzetinin “Pulitzer” mükafatlı karikaturaçısı Ann Telnaes qəzetin sahibi Ceff Bezosu və digər media baronlarını ikinci dəfə ABŞ prezidenti olan Donald Trampın qarşısında diz çökərək təsvir edib.
Lakin redaktor onun karikaturası dərc etməkdən imtina edib. Bundan sonra Telnaes işindən ayrılıb.
O, karikaturanın ABŞ-ın seçilmiş prezidenti Trampa rəğbət qazandırmaq üçün əllərindən gələni edən texnologiya və media rəhbərlərini tənqid etmək üçün hazırlandığını söyləyib.
Telnaes “Washington Post” qəzetinin ifadə azadlığını təmsil edən “Demokratiya qaranlıqda ölür” şüarını bu sözlərlə tənqid edib:
“Bir karikaturaçı kimi işim insan və qurumların fəaliyyətini müxtəlif yollarla göstərməkdir. Redaktorum bu kritik işi görməyə mane oldu, buna görə də getməyə qərar verdim. Karikaturalarımda həqiqəti təsvir etməkdən əl çəkməyəcəyəm, çünki necə deyərlər, demokratiya qaranlıqda ölür”.
Amerika Karikaturaçıları Cəmiyyəti bununla bağlı verdiyi bəyanatda “Washington Post”u siyasi qorxaqlıqda günahlandırıb. Digər karikaturaçılardan həmrəylik əlaməti olaraq Telnaesin çəkdiyi rəsmləri #StandWithAnn həştəqi ilə paylaşmalarını istəyib.
“New York Times”ın məlumatına görə, “Washington Post” redaktoru Devid Şipli qəzetin Telnaesin karikaturasını dərc etməmək qərarını müdafiə edib.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 06 Yanvar 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















