WhatsApp bizi xəbərdar edəcək Yeni funksiya
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"WhatsApp" və "Facebook" Messenger messencerləri yeni təhlükəsizlik tədbirləri tətbiq edirlər.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, bundan sonra istifadəçilər videozəng zamanı ekran paylaşımı aktivləşdirilməyə cəhd edilərsə, xüsusilə də tanımadıqları kontaktla söhbət zamanı, xəbərdarlıq bildirişi alacaqlar.
Bu mexanizm, fırıldaqçılıq halları ilə mübarizə məqsədi daşıyır. Belə hallarda dələduzlar özlərini bank, aviaşirkət və digər təşkilatların dəstək xidməti əməkdaşı kimi təqdim edir, saxta brend profilləri yaradır və guya kömək məqsədilə istifadəçiləri ekran paylaşımını açmağa razı salırlar.
Bu yolla fırıldaqçılar gizli məlumatlara – loginlərə, təsdiq kodlarına və digər şəxsi informasiyalara çıxış əldə edə bilirlər. Nəticədə hesabların sındırılması və parolların dəyişdirilməsi riski yaranır.
Şirkət bildirib ki, şübhəli aktivlik aşkarlandıqda süni intellekt sistemi istifadəçini potensial təhlükə barədə xəbərdar edəcək, həmçinin hesabı bloklamaq və şikayət göndərmək imkanı təklif edəcək.
Baxış sayı:29
Bu xəbər 25 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















