WhatsApp da süni intellektə əsaslanan yeni funksiya
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"WhatsApp” messenceri istifadəçilərin mesajlar formalaşdırmasına kömək etmək məqsədilə süni intellektə əsaslanan funksiya təqdim edib. SİA xəbər verir ki, bu barədə platforma məlumat yayıb. "Bəzən nə demək istədiyinizi bilirsiniz, ancaq bunu necə ifadə etmək məsələsində bir az köməyə ehtiyacınız olur. Məhz buna görə də bu gün biz "Writing Help" funksiyasını təqdim edirik”, - mesajda deyilir. Yeni funksiya istifadəçilərə mesaj yazmağın bir neçə üslubunu təklif edəcək. Məsələn, peşəkar, yumoristik və ya dəstəkləyici mesajlar hazırlatmaq olacaq. Funksiya hazırda ABŞ və digər ölkələrdə ingilis dilində mövcuddur. Gələcəkdə messencer dillərin və ölkələrin sayını genişləndirməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 28 Avqust 2025 07:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















