WhatsApp dan 15 il sonra İLK
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"WhatsApp" tərtibatçıları "Apple" planşetlərinin istifadəçilərinə ilk dəfə olaraq tətbiqə tam giriş təklif edərək, "iPad" üçün mesajlaşma proqramının rəsmi beta-testinə başlayıblar.
Milli.Az xəbər verir ki, testə qeydiyyat "Reddit" forumunun istifadəçiləri tərəfindən müşahidə edilib.
Qeydiyyat "TestFlight" platforması vasitəsilə təklif edilsə də, hazırda boş yerlər mövcud deyil.
Hazırda "Apple" planşetlərinin istifadəçiləri "WhatsApp"dan veb-versiya formatında istifadə edə bilərlər. Bu formada mesajlaşma proqramı əsas funksiyaları dəstəkləyir: Mesajlaşma, audio və video zənglər. Lakin "iPad" üçün tamfunksiyalı tətbiqin buraxılması yeni imkanlar, həmçinin daha rahat və genişlənmiş funksionallıq təqdim edəcək.
Xatırladaq ki, ilk "iPad" 2010-cu ildə buraxılıb və o vaxtdan bəri bu cihazlar planşetlər kateqoriyasında ən populyar qurğulardan biri olaraq qalır. /Oxu.Az
Milli.Az
Baxış sayı:126
Bu xəbər 11 May 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















