WhatsApp ın iOS versiyasında yeni funksiya
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi istifadəçiləri üçün bir dəfə baxıldıqdan sonra silinən (öz-özünə məhv olan) mesajlar funksiyasını sınaqdan keçirməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "GSMArena" nəşri məlumat yayıb.
Yeni funksiyadan istifadə etmək üçün istifadəçi göndərmə düyməsini sıxıb saxlamalı və açılan menyudan "Bir dəfəlik baxış kimi göndər" seçimini etməlidir. Bundan sonra qarşı tərəf mesajı oxuyan kimi həmin mətn avtomatik olaraq söhbətdən silinəcək.
Xatırladaq ki, "WhatsApp"da foto, video və səsli mesajlar üçün artıq bir dəfəlik baxış rejimi mövcud idi. İndi isə tərtibatçılar bu funksiyanı adi mətn mesajlarına da şamil etməklə tətbiq daxilindəki bütün əsas məzmun növlərini əhatə etməyi planlaşdırırlar.
Sözügedən funksiyanın sınaqlarına bir müddət əvvəl "Android" platformasında başlanılmışdı, indi isə növbə "iOS" istifadəçilərinə çatıb. Bir dəfə oxunduqdan sonra silinən mətnlər həm şəxsi, həm də qrup çatlarında keçərli olacaq, lakin kanallarda aktiv edilməyəcək.
Yeni funksiya hazırda tərtibatçılar tərəfindən daxili sınaq mərhələsindədir və yaxın gələcəkdə geniş istifadəçi kütləsi üçün əlçatan olacaq.
Bizim.Media
Baxış sayı:117
Bu xəbər 18 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















