Whatsapp istifadəçilərinin nəzərinə: Tezliklə yenilənməlidir
Icma.az, Metbuat saytına istinadən bildirir.
"WhatsApp" şirkəti populyar mesencerin "Windows" versiyasının bütün istifadəçilərini proqramı dərhal ən son versiyaya yeniləməyə çağırır. Bunun səbəbi dünya üzrə milyonlarla insanın şəxsi məlumatlarının təhlükəsizliyini təhdid edə biləcək kritik boşluğun aşkar edilməsidir.
Metbuat.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Anti-Malware" portalı xəbər verib.
Bildirilir ki, CVE-2025-30401 kimi qeyd edilən təhlükəsizlik boşluğu, "Windows" üçün "WhatsApp"ın 2.2450.6 versiyası da daxil olmaqla bütün əvvəlki versiyalarına təsir edir.
Əlavələrin emalındakı xətadan istifadə edərək, hakerlər heç nədən şübhələnməyən istifadəçini ilk baxışda zərərsiz görünən zərərli faylı açmağa inandıra bilərlər.
Boşluq mesencerdə əlavələrin düzgün göstərilməməsi səbəbindən yaranıb.
"WhatsApp" faylı MIME tipinə əsasən müəyyənləşdirir (məsələn, şəkil kimi), lakin onu uzantısına görə açır (məsələn, ".exe"). Bu uyğunsuzluq gözlənilən fayl əvəzinə zərərli proqramın işə düşməsinə səbəb ola bilər.
2.2450.6-dan aşağı köhnə "WhatsApp" versiyalarının bütün istifadəçiləri təhlükə altındadırlar.
Məlumatlarınızı qorumağın yeganə etibarlı yolu "WhatsApp"ı dərhal ən son versiyaya yeniləməkdir.
Tərtibatçılar artıq mesencerin yeni versiyalarında aşkar edilmiş problemi aradan qaldırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 08 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















