Icma.az
close
up
RU
“WhatsApp” yeni abunəliyi test edir

“WhatsApp” yeni abunəliyi test edir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"WhatsApp" istifadəçilər üçün yeni ödənişli abunə modelini sınaqdan keçirir.

Modern.az xəbər verir ki, bu barədə “TechCrunch” platforması məlumat yayıb.

“WhatsApp Plus” adlanan bu paket, əsasən tətbiqin görünüşünü fərdiləşdirməyə yönəlir və funksional baxımdan ciddi yeniliklər təqdim etmir.

Məlumata görə, yeni abunə istifadəçilərə ikonları, çat dizaynlarını, bildiriş səslərini və digər vizual elementləri dəyişmək imkanı verir. Bundan əlavə, pulsuz versiyada yalnız 3 çat “pin” etmək mümkün olduğu halda, Plus abunəçiləri bu limiti 20-yə qədər artıra biləcəklər. Eyni zamanda, fərqli çat siyahıları yaratmaq və onları fərdi dizaynla fərqləndirmək də mümkün olacaq.

"Meta" şirkəti məsələ ilə bağlı bildirib ki, bu addım istifadəçilərə tətbiqi daha yaxşı təşkil etmək və fərdiləşdirmək imkanı yaratmaq məqsədi daşıyır. Hazırda funksiyanın kiçik istifadəçi qrupları arasında test edildiyi və rəy toplandığı qeyd olunur. Qiymətlə bağlı rəsmi açıqlama verilməsə də, ilkin məlumatlara görə, abunə Avropada təxminən 2.49 avro, Pakistan bazarında isə 229 PKR (təxminən 0.82 dollar) civarında ola bilər. Həmçinin istifadəçilərə 1 aylıq pulsuz sınaq təklif ediləcəyi bildirilir.

 Qeyd edək ki, WhatsApp əvvəllər də bəzi regionlarda illik 1 dollar abunə tətbiq etmişdi, lakin 2016-cı ildə bu modeldən imtina olunub. Son illərdə isə platforma əsas gəlirini biznes mesajlaşması və reklamlardan əldə edir. Şirkətin açıqlamasına görə, WhatsApp-ın illik gəliri artıq 2 milyard dollar səviyyəsini keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2026 05:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see340

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see267

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see267

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see257

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see256

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see249

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see240

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see237

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see229

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see229

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see228

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see222

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see214

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see212

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see211

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see210

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see191

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see189

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see180

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri