Icma.az
close
up
RU
“Whatsapp”a ev yıxan yenilik gəlir

“Whatsapp”a ev yıxan yenilik gəlir

“WhatsApp”ın ən son "Android beta" versiyasına effektiv yeni funksiya gəlir.

Gundem.az xəbər verir ki, dünyanın ən çox istifadə edilən tətbiqlərindən biri olan “WhatsApp” istifadəçilərə faydalı olacaq yeni funksiya üzərində işləməyə davam edir.

Bu funksiya tətbiqin "Android beta" versiyasında "2.24.25.29" kodu ilə sınaqdan keçirilib.

Bu yenilik oxunmayan mesajları unutmanızın qarşısını alacaq. Bu kontaktların seçimi, istifadəçilərin ən çox ünsiyyətdə olduğu insanlara üstünlük verən daxili alqoritmlə müəyyən edilir.

Funksiya işə salındıqdan sonra “WhatsApp” oxunmamış mesajlarla bağlı, xüsusən də istifadəçilərin müntəzəm ünsiyyətdə olduğu insanların mesajları üçün xatırlatmalar göndərəcək.

seeBaxış sayı:45
embedMənbə:https://sherg.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri