“WhatsApp”da çoxdan gözlədiyiniz YENİLİK gəlir KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“WhatsApp” qrup söhbətləri üçün onlayn sayğac funksiyası üzərində işləyir.
KONKRET.az xəbər verir ki, söhbətlərinin yuxarı hissəsində görünəcək sayğac qrupda neçə nəfərin “WhatsApp”da onlayn olduğunu göstərəcək.
Məxfilik parametrləri vasitəsilə onlayn statusunu gizlədənlər sayğaca daxil edilməyəcək.
Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı məlum deyil.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.
Baxış sayı:148
Bu xəbər 10 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















