“WhatsApp”da mesajlarla bağlı yenilik Bir kliklə cavab vermək mümkün oldu
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“WhatsApp” səsli mesajlarla bağlı yenilik edib.
Metbuat.az xəbər verir ki, yeni funksiya səsli mesajlara tez və bir kliklə cavab verməyə imkan verəcək. Yenilik Androidin “WhatsApp” 2.24.26.6 beta versiyasında müşahidə edilib. İstifadəçi yenilik sayəsində səsli mesajları dinləyərkən tez cavablar göndərə bilir. Bildirilir ki, yeni funksiya sayəsində istifadəçi səsli mesajların yanındakı “cavab ver” düyməsinə klikləmədən cavabını cəld qeyd edib göndərə bilir. Bu, istifadəçilərə praktik söhbət təcrübəsi təqdim edir. “WhatsApp”ın səsli mesaja cavab funksiyası hazırda məhdud sayda istifadəçinin istifadəsinə verilib. Yenilik uğurlu olarsa, ümumi istifadəyə veriləcək.
Qeyd edək ki, bundan əvvəl “WhatsApp”ın yeni bildiriş sistemi üzərində çalışdığı barədə xəbərlər dərc edilib. Bu funksiya oxunmamış və unudulan mesajları xatırlamaq üçün istifadəçiyə bildiriş göndərəcək. Bu funksiya bir-birilə daha çox ünsiyyət quran istifadəçilər arasında olacaq. Bunu alqoritm özü seçəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 Dekabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















