“WhatsApp”da qalmaqal yaradan yenilik Mesaj pəncərəsi dəyişdi
Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“WhatsApp”da istifadəyə verilən yenilik birmənalı qarşılanmayıb.
Metbuat.az xəbər verir ki, yeniliyə əsasən söhbət ekranına mavi dairə əlavə edilib. Bu mavi dairə suni intellektden istifadə məqsədilə əlavə edilib. Həmin yenilik istifadəçilər sual verə və söhbət edə biləcəyi rəqəmsal köməkçi kimi fəaliyyət göstərir. İstifadəçi həmçinin şəxsi söhbətlərdə “@MetaAI” yazaraq botla birbaşa əlaqə saxlaya bilər. Lakin bəzi istifadəçilər bu yeni alətin lazımsız və yararsız olduğunu irəli sürüblər. Yenilik Böyük Britaniya, ABŞ və bir sıra Avropa Birliyi ölkələrində əlçatandır. Lakin istifadəçilər söhbət ekranındakı yeniliyin bezdirici olduğunu iddia ediblər. Meta-nın məlumatına görə, yenilik istifadəçinin söhbətlərini yaddaşda da saxlaya bilər. Bununla belə, istifadəçilər istədikləri zaman köhnə söhbətlərini silə bilərlər. Yenə də şirkət istifadəçilərə “AI-nin yadda saxlamasını və istifadə etməsini istəmədiyiniz həssas mövzuları paylaşmayın” - deyə bildirib.
“WhatsApp” sözçüsü “The Telegraph”a bildirib ki, AI söhbətləri vizual olaraq fərqləndirmək üçün nəzərdə tutulub, şəxsi mesajlar isə həmişə olduğu kimi uçdan-uca şifrələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Aprel 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















