“WhatsApp”da yeni DƏLƏDUZLUQ Doğmalarınızın adından OĞURLUQ edə bilərlər
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son vaxtlar "WhatsApp"da yeni dələduzluq yayılıb.
Milli.Az xəbər verir ki, vətəndaşların "WhatsApp" hesabları oğurlanır, telefonunda olan nömrələrə SMS gedir. Kiberdələduzlar artıq hesabı rahat oğurlaya bilirlər.
Ekspert Azər Əlili qeyd edir ki, sizə hər hansı şəxslər mənşəyi məlum olmayan linklər göndərəndə açmağa tələsməyin. Əks halda, kiberdələduzlar hesabınızı ələ keçirə bilərlər.
Bəs bunun qarşısını necə ala bilərik?
"İlk öncə tanımadığınız şəxsdən link gəlirsə, bu linkə daxil olmayın. Hətta dostlarınızdan belə link gəlsə, ona daxil olmağa tələsməyin. Çünki dostlarınız da bu fırıldaqçılığın qurbanı ola bilər".
Ekspert tövsiyə edir ki, bir çox proqramlara ikili doğrulama tətbiq edilməlidir.
"Bundan əlavə, hesabınızı mailə bağlamaq daha uyğundur. Parollara da diqqətli olmaq lazımdır. Parollarınızı mürəkkəb qoymaq daha məqsədəuyğundur".
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















