WhatsAppda yeni funksiya sınaqdan keçirilir
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"WhatsApp" istifadəçilərə xüsusi mesajlar üçün xatırlatmalar təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.
Bakıvaxtı.az xəbər verir ki, yenilik barədə "WABetaInfo"portalı məlumat verib.
Bu yenilik mesajları tez-tez oxuyan, cavab verməyi təxirə salan və yaxud onları yaddan çıxaran istifadəçilərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub.
Məlumata görə, xatırlatma funksiyasını işə salmaq üçün mesajın üzərinə bir müddət basmaq lazım olacaq, bundan sonra menyuda "Mənə xatırlat" seçimi görünəcək.
İstifadəçilər əvvəlcədən təyin edilmiş vaxt intervallarından birini seçərək 2, 8 və ya 24 saatlıq xatırlatma intervalını tənzimləyə biləcəklər. Funksiya aktivləşəndən sonra mesajın kənarında kiçik zəng işarəsi görünəcək.
Baxış sayı:30
Bu xəbər 25 İyul 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















