“WhatsApp”dan istifadəçilərə yeni SÜRPRİZ KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“WhatsApp” tətbiqinin “iOS” versiyasında mesaj göndərilməsi üçün yeni animasiyalar test edilməyə başlanılıb. Funksiya “TestFlight” vasitəsilə əlçatan olan “iOS” üçün “WhatsApp”ın son beta versiyasında ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə “9to5Mac” nəşri “WABetaInfo”nun (WBA) hesabatına istinadən məlumat yayıb.
WBA-nın məlumatına görə, platforma vaxtilə sistemdən çıxarılan mesaj animasiyalarını yenidən bərpa edir. Tərtibatçılar istifadəçilərə bu effekti tənzimləmələr bölməsi vasitəsilə deaktiv etmək imkanı da yaradıblar. Sözügedən funksiya üçün nəzərdə tutulan keçid “Çatlar” menyusunda emojilər, stikerlər və GIF faylları ilə bağlı animasiya seçimlərinin yaxınlığında yerləşdirilib.
Yeni versiyada mesajlar artıq ani şəkildə görünmür. İndi mesaj “qabarcığı” çatda sönmə və ölçüsünün bir qədər böyüməsi effekti ilə rəvan şəkildə peyda olur.
Hazırda bu yenilik yalnız “iOS” üçün “WhatsApp”ın beta sınaqlarında iştirak edən məhdud sayda istifadəçi üçün aktivdir. Qeyd edək ki, oxşar funksiya bir müddət əvvəl “Android” cihazları üçün təqdim olunan beta versiyada da müşahidə edilmişdi.
Yeni animasiyanın bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb. Lakin funksiyanın eyni vaxtda həm “iOS”, həm də “Android” platformalarında sınaqdan keçirilməsi onun yaxın zamanda daha geniş auditoriyaya təqdim oluna biləcəyindən xəbər verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 21 İyun 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















