“WhatsApp”ı silin!” Əhaliyə xəbərdarlıq
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
“Telefonlarınızdan “WhatsApp”ı silin!”.
Turkustan.az “globalinfo.az”a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyasının vətəndaşlara çağırışında qeyd olunub.
İddia edilib ki, proqram heç bir konkret sübut təqdim etmədən istifadəçi məlumatlarını toplayır və İsrailə göndərir.
Hökumət, həmçinin vətəndaşlardan telefonlarını söndürmələrini xahiş edib.
Rəsmilər İran Yayım Korporasiyasına (IRIB) bildiriblər ki, İsrail iranlı alimlərə və yüksək səviyyəli komandirlərə qarşı sui-qəsd hücumlarında mobil telefonlarını izləyib.
“WhatsApp” isə sözügedən məlumatı təkzib edib:
“Bu ittihamlar əsassızdır. Belə məlumatlardan narahatıq. Platformadakı mesajlar şifrələnib və şirkətin bu mesajlara çıxışı yoxdur. İstifadəçilərin yerlərini izləmirik, mesajların məzmununa daxil olmuruq və hökumətlərə ümumi məlumatları təqdim etmirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 19 İyun 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















