Icma.az
close
up
RU
“Wise” Rusiya və Belarus vətəndaşlarının kartlarını bloklamağa başlayıb

“Wise” Rusiya və Belarus vətəndaşlarının kartlarını bloklamağa başlayıb

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin ödəniş sistemi olan "Wise" Avropa İttifaqının 19-cu sanksiya paketinə uyğun olaraq Rusiya və Belarus vətəndaşlarına məxsus bəzi kartları bloklamağa başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, “Wise” Avropada yaşayış icazəsi və ya vətəndaşlığı olmayan istifadəçilərin kartlarından istifadə edə bilməyəcəyini açıqlayıb.
Əvvəllər bu kartlar Avropada “D” tipli Şengen vizası (iş və ya təhsil vizası) ilə açılırdı.İngiltərənin ödəniş sistemi olan "Wise" istifadəçilərin 30 yanvara qədər Aİ və ya İsveçrə vətəndaşlığı, yaşayış icazəsi və ya müvəqqəti/daimi məskunlaşma sənədlərini təqdim etməli olduqlarını bildirib.

Əks halda, kartlarla ödəniş mümkün olmayacaq; lakin hesablar və depozitlərə çıxış açıq qalacaq. Şirkət bu dəyişikliyin, Avropa şirkətləri və tərəfdaşlarının Rusiya və Belarus vətəndaşlarına maliyyə xidmətləri göstərməsini qadağan edən Aİ sanksiyalarından irəli gəldiyini qeyd edib.

Bu tədbir, rus vətəndaşlarının Avropada uzunmüddətli səfərlər və ya köçün ilk illərində istifadə edə biləcəkləri azsaylı ödəniş vasitələrindən birini də aradan qaldırır.Daha əvvəl "Paysera" və "Revolut" kimi xidmətlərdə də oxşar məhdudiyyətlər tətbiq olunmuşdu. 

"Finnews.ru" saytının baş redaktoru Vladimir Şevçenko xüsusilə müvəqqəti yaşayış icazəsi olmayan gənc rusların Avropada maliyyə xidmətlərinə çıxışda ciddi çətinliklərlə üzləşəcəyini vurğulayıb.Qeyd edək ki, "Wise" 2022-ci ildə Rusiya bazarından çəkilmişdi. 

Həmin ilin may ayından etibarən isə Rusiyadakı istifadəçilərin hesablarını tamamilə bloklayaraq xidmət göstərməyi dayandırmışdı.
Yeni sanksiyalarla birlikdə Avropada yaşayan rus istifadəçilər də artıq bu xidmətdən tam şəkildə yararlana bilməyəcəklər.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri