Woltun velosipedçisi Dihajın anasını vurdu; Üzr istəyib getdi FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Avroviziya" təmsilçilərimizdən olan Diana Hacıyeva (Dihaj) "Wolt"dan şikayət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb. İfaçı "Wolt" şirkətinin velosipedçisinin onun anasını vurduğunu bildirib:
"Dünən "Wolt"un velosiped sürücüsü saat 14:55-də anamı vurub. Velosipedçi səki ilə sürürdü, anam isə işıqforda piyada zolağının üstündə dayanmışdı. Sürücü anamın kürəyinə çırpılıb və o yerə yıxılıb. Anamın başı yerə dəyib. Hətta ayaqqabısı ayağından çıxıb. Velosipedçi onun ayaqqabısını geyindirib, üzr istəyib və gedib. İndi anam axsayır! Bu, iyrəncdir".


