Icma.az
close
up
RU
Woman Bazaar 5 tədbiri keçirildi

Woman Bazaar 5 tədbiri keçirildi

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Festival həssas qruplardan olan qadınların sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək və iqtisadi müstəqilliklərini gücləndirmək məqsədini daşıyırdı. 

Bu il festivaldan əvvəl fevral ayı boyunca 60 qadın üçün təlimlər və mentorluq proqramları təşkil olundu. Festivalın iki günü ərzində isə qadınlar öz brendlərini təqdim edərək məhsullarını satmaq imkanı əldə etdilər. Bununla yanaşı, müxtəlif guşələr, ustad dərsləri, panel müzakirələri və musiqi proqramları da festival iştirakçıları üçün təşkil olundu.

Festival 28 fevral tarixində rəsmi açılış nitqləri ilə başladı. Açılışda Gender Hub Azerbaijan-ın həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Igor Garafulic, PAŞA Holding-in Korporativ Sosial Məsuliyyət üzrə Baş Mütəxəssisi Bəyim İbrahimova, KOBİA İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin sədrinin müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzrü Tamam Cəfərova və "Woman Bazaar” layihə rəhbəri Suada Əliyeva çıxış etdilər. Açılış nitqlərindən sonra festival iştirakçısı olan qadın sahibkarlara sertifikatlar təqdim olundu.

1 mart - festivalın ikinci günü ""Qadınların İqtisadi Gücləndirilməsi: Bərabər Hüquqların Yaradılması və KOB-lar üçün Gender-həssas Marketinqin İnkişafı” mövzusunda panel müzakirə təşkil olundu. Müzakirə qadınların əmək bazarında və sahibkarlıq mühitində qarşılaşdığı çətinlikləri, maliyyə resurslarına və bazara çıxış imkanlarını, həmçinin gender stereotiplərinin iqtisadi iştirakçılığa təsirini ön plana çıxaracaq.

Ümumilikdə, festival boyunca 60 qadın sahibkara öz məhsullarını geniş auditoriyaya təqdim etmək imkanı yaradıldı və qadınların iqtisadi azadlığını gücləndirməyə töhfə verildi.

Qeyd edək ki, festival PAŞA Holding-in dəstəyi ilə 28 fevral - 1mart tarixlərində Passage 1901-də keçirilən "Woman Bazaar 5 – Dayanıqlı İnkişaf Festivalı” 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub. Qeyd edək ki, qadınların səlahiyyətləndirilməsi mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar, Woman Bazaar layihələri daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Mart 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see309

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see281

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see252

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see241

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see240

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see232

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see229

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see225

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see220

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see214

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see214

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see212

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see206

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see204

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see202

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see199

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see189

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see185

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see181

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri