WP: Tramp NATO ölkələrinə and içdi ki, Rusiya onlara hücum etməyəcək
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Ağ Evdə qaldığı müddətdə NATO ölkələrinə hücum etməyəcək.
Turkustan.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb .
Onların sözlərinə görə, Haaqada keçirilən NATO sammitinin əsas sessiyası zamanı Tramp Rusiyadan heç bir təhlükə olmayacağına “əhd verib”, həmçinin alyans ölkələrinin müdafiə xərclərini artırmaq səylərini alqışlayıb.
Bundan əlavə, qəzetin həmsöhbətləri qeyd ediblər ki, Avropa NATO ölkələrinin liderləri Amerika liderini onları hərbi xərcləri artırmağa sövq etdiyinə görə tərifləyiblər, bəziləri isə ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə aviazərbələr endirməsini yüksək qiymətləndiriblər.
İyunun 19-da TASS-ın dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə Rusiya prezidenti Vladimir Putin Rusiyanın Avropa ölkələrinə və NATO-ya hücum planlaşdırması barədə deyilənləri yalan və cəfəngiyyat adlandırıb .
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 26 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















