WSJ: ABŞ Orbanı BMT Baş katibliyinə təşviq edir
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəklədiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzeti üç ölkədəki mənbələrinə istinadən ABŞ-ın Orbanı bu vəzifəyə namizədliyini irəli sürməyə təşviq etdiyini və onun namizədliyini dəstəklədiyini yazıb.
Məlumata görə, planla bağlı yekun qərar hələ gözlənilir. Nəşr həmçinin Rusiya və Çinin bu təşəbbüsü dəstəkləyə biləcəyinin düşünüldüyünü, Orbanın isə mümkün birgə namizəd kimi nəzərdən keçirildiyini bildirib.
Məqalədə ABŞ Prezidenti Donald Trampın aprel ayında Macarıstanda keçirilən seçkilər zamanı Orbanı dəstəklədiyi də xatırladılıb. İddialara görə, Orban BMT Baş katibi vəzifəsinə namizədliyini irəli sürərsə, Trampın ona dəstəyini davam etdirməsi gözlənilir.
Bununla belə, məsələ ilə bağlı rəsmi açıqlamanın ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonraya saxlanıla biləcəyi qeyd olunur.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 26 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















