Icma.az
close
up
RU
WSJ: Avropa Ukrayna ilə müharibəni Moskva ilə pis sülhdən daha yaxşı hesab edir

WSJ: Avropa Ukrayna ilə müharibəni Moskva ilə pis sülhdən daha yaxşı hesab edir

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Ukraynanın Rusiyaya qarşı mübarizəsində onu dəstəkləyən Avropa müttəfiqləri bildirirlər ki, onların məqsədi demokratik ölkəni qorumaq, beynəlxalq hüquqa əməl olunmasını təmin etmək və Rusiya təcavüzünün qarşısını almaqdır. 

Qaynarifo "The Wall Street Journal”a istinadla yazır ki, onların başqa bir motivasiyası da var və bu, öz maraqlarından qaynaqlanır: Avropa hesab edir ki, Moskvaya sərfəli olan bir razılaşma bütün qitəni əhatə edə biləcək daha genişmiqyaslı müharibəni təhrik edə bilər.

Rusiya elə bir mövqedədir ki, sülh danışıqlarından xeyli genişlənmiş istehsal imkanları ilə çıxa, sərhədləri güc yolu ilə yenidən cızmağın mümkünlüyünə əmin ola və NATO-nu zəif bir təşkilat kimi görə bilər.

"Avropa üçün də, Ukrayna üçün də Kiyevi zəif və müdafiəsiz qoyan pis sülh razılaşması hazırkı mərhələdə ümumiyyətlə razılaşmanın olmamasından daha pisdir”, – deyə WSJ yazır.

Tramp administrasiyası ABŞ və Avropanın Moskva ilə yaxınlaşmasını və "Rusiya ilə münasibətlərdə strateji sabitliyin” əldə olunmasını istəyir. Ağ Ev bildirir ki, bu, daha genişmiqyaslı müharibə riskini azaldacaq. Tramp administrasiyasının nümayəndələri Rusiyayla potensial biznes imkanlarını da görürlər.

Lakin Avropa və Ukrayna tam əks mövqedədir. Onlar Rusiyanı uzunmüddətli təhlükə kimi qiymətləndirir və hesab edirlər ki, istənilən etimad qazanılmalı və yoxlanılmalıdır; buna qədər isə Moskva cilovlanmalıdır.

Belə ki, bu yaxınlarda 500 avropalı təhlükəsizlik mütəxəssisi arasında keçirilən sorğu "Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvaya sərfəli atəşkəsi” gələn il Avropa İttifaqı üçün iki əsas riskdən biri kimi göstərib. Digər risk isə hibrid müharibə və ya "boz zona” müharibəsidir ki, bir çox rəsmilərin fikrincə, Rusiya artıq Avropaya qarşı belə müharibə aparır.

"AB-nin təhlükəsizliyi Moskvaya ərazi qazanclarını rəsmiləşdirən, təcavüzü mükafatlandıran və Ukraynanın suveren, demokratik dövlət kimi uzunmüddətli yaşamaq qabiliyyətini zəiflədən sülh razılaşması ilə birbaşa təhdid altındadır, – sorğunun xülasəsində deyilir. – Belə bir Rusiya sülhü həm də AB-nin öz təhlükəsizlik mühitini formalaşdıra və Rusiyadan gələn gələcək təhdidlərin qarşısını ala bilmədiyi mesajını verəcək”.

Sülh razılaşmasında əsas sual 

Berlində iki gün davam edən danışıqlardan sonra Ukrayna və Avropanın narahatlıqlarını azalda biləcək sülh razılaşmasının konturları tədricən formalaşmağa başlayır.

ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanətləri verməsi məsələsində daha qəti mövqe nümayiş etdirib, Tramp isə Vaşinqtonun roluna ABŞ Senatında dəstək axtaracağına söz verib. Lakin ABŞ-ın sülh təklifinə Ukraynanın daxil edilməsində ən böyük maneə – əraziyə nəzarət məsələsi – hələ də həll olunmayıb.

"Avropa liderləri bu yaxınlarda Ukrayna ilə birlikdə Ağ Evin Kiyevi Donbasda hələ də nəzarət etdiyi, yaxşı möhkəmləndirilmiş ərazidən qoşunlarını çıxarmağa çağırışını rədd etdilər. Onlar qorxurlar ki, bu ərazinin güzəştə gedilməsi gələcəkdə Rusiyanın yeni işğalını asanlaşdıra bilər”.

Ən ciddi sınaq

Cümə axşamı AB liderləri Brüsseldə toplaşaraq Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 105 milyard dollarlıq kreditin maliyyələşdirilib-maliyyələşdirilməməsinə qərar verəcəklər. Bu kredit Kiyevin növbəti iki il üçün büdcəsinin üçdə ikisini və hərbi ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulur.

Tramp ABŞ tərəfindən Ukraynaya demək olar ki, bütün maliyyə dəstəyini dayandırıb, buna görə də Avropa hakimiyyətinin qərarı həlledici əhəmiyyət daşıyır, – WSJ yazır.

"Əgər müharibə səngiyərsə, bu vəsaitlər müharibədən dağılmış iqtisadiyyatın bərpası və münaqişədən sonrakı problemlərin həlli üçün həlledici olacaq, – Avropa Xarici Əlaqələr Şurasının baş elmi əməkdaşı Yana Kobzova bildirib. – Əgər Putin razılaşmanı rədd edib işğalı davam etdirərsə, bu pullar Ukraynanın özünümüdafiəsini gücləndirməyə kömək edəcək”.

Qeyd edək ki, ABŞ və Avropa sülh razılaşması əldə edildikdən sonra Ukraynanın dəstəklənməsi ilə bağlı iki sənəd layihəsi hazırlayıblar. Plan Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini, yeni işğalın qarşısını almaq üçün ölkə ərazisində Avropa qoşunlarının yerləşdirilməsini və ABŞ kəşfiyyatının daha fəal istifadəsini nəzərdə tutur.

Eyni zamanda, daha əvvəl Rusiyada bildirilib ki, onlar razılaşmaya hazırdırlar, lakin Ukrayna əraziləri məsələsində kompromisə getməyəcəklər. Kreml həmçinin NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi ilə razılaşmayacağını açıqlayıb.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri