Icma.az
close
up
RU
WSJ: “Kamala Harris Baydendən inciyib”

WSJ: “Kamala Harris Baydendən inciyib”

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az “The Wall Street Journal (WSJ) nəşirnə istinadən xəbər verir ki, Kamala Harris bu barədə yaxın silahdaşlarına və ailə üzvlərinə şikayətlənib.
Kamala Harrisin incikliyinə səbəb Baydenin yanvarın 8-də verdiyi müsahibədə müxbirlərdən birinin “Yarışda qalsaydınız, qalib gələ bilərdinizmi?” sualına “Bunu söyləmək təkəbbürlü olsa da, mən hesab edirəm ki, bəli” cavabı olub. Həmin müsahibədən bir neçə gün sonra Co Bayden yenidən bu mövzuya toxunub.
“Düşünürəm ki, mən Trampa qalib gələrdim, Trampa qalib gələ bilərdim və mən düşünürəm ki, Kamala isə Trampı məğlub edə bilərdi”, - ABŞ-nin indiki prezidenti deyib.
“WSJ” yazır ki, Bayden öz mövqeyini Harrisin tənqidi kimi qiymətləndirmir. Lakin Harrisin yaxınları Baydenin şərhlərinin onlar arasında “birtərəfli loyallığı” nümayiş etdirdiyini bildiriblər.
- Baydenin vəzifədə olduğu müddət boyu Harris ondan uzaqlaşmadı və onu tənqid etmədi. Hətta prezidentliyə namizəd olduqda belə buna getmədi. O, debatda zəif çıxışından sonra, eləcə də dövlət başçısının idrak qabiliyyətləri ilə bağlı narahatlığı artıran xüsusi prokurorun hesabatını dərc etdikdən sonra da açıq şəkildə Baydeni dəstəklədi”, - qəzet xatırladır.
Bayden və Harris arasındakı iş münasibətləri illər keçdikcə istiləşdi, lakin seçkidən sonra uzaqlaşmanın əlamətləri yarandı: Yanvarda keçmiş prezident Cimmi Karterin dəfn mərasimində Harris və əri yanlarında oturan Baydenlər çütlüyü ilə qısaca ünsiyyətdə oldular, lakin onların “hər ikisi daş sima ilə” qabağa baxırdılar.
“WSJ” və “Politico” nəşrlərinin yazdığına görə, indiki vitse-prezident 2026-cı ildə Kaliforniyada keçiriləcək qubernator seçkilərində, eləcə də 2028-ci ildə növbəti prezident seçkilərində iştirakını istisna etmir. Baydenin sözlərinə görə, Kamala Harris 2028-ci ildə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər, lakin bu barədə qərarı onun özü verəcək.
Xatırladaq ki, Baydenin seçkiqabağı kampaniyadan geri çəkilməsindən sonra Kamala Harris seçki gününə yüz gündən az qalmış demokratlar partiyasından prezidentliyə namizəd oldu. Qələb üçün üçün tələb olunan 270 səsdən 226-nı toplayan indiki vitse-prezident 312 səs qazanan respublikaçı Donald Trampa uduzdu.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Yanvar 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri