Icma.az
close
up
RU
“WTDC 25” Könüllülük Proqramında müsahibə mərhələsi yekunlaşıb

“WTDC 25” Könüllülük Proqramında müsahibə mərhələsi yekunlaşıb

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cari ilin 17-28 noyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Dünya Telekommunikasiya İnkişaf Konfransı (WTDC-25) çərçivəsində təşkil edilən Könüllülük Proqramının müsahibə mərhələsi uğurla yekunlaşıb.

"Unikal" xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı telekommunikasiya və informasiya-kommunikasiya texnologiyalarının inkişafını təşviq edən, onların qlobal miqyasda əlçatanlığını və səmərəli istifadəsini təmin edən BMT-nin aparıcı ixtisaslaşmış qurumudur. Təşkilat inkişaf etməkdə olan ölkələrdə rəqəmsal bərabərliyi gücləndirmək və innovativ həlləri irəli sürmək məqsədilə hər dörd ildən bir Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransını keçirir.

“WTDC” rəqəmsal transformasiya proseslərini sürətləndirmək və ölkələr arasında rəqəmsal uçurumu aradan qaldırmaq üçün qlobal liderləri, siyasətçiləri və sənaye nümayəndələrini bir araya gətirən yüksəksəviyyəli beynəlxalq platformadır. Tədbirə təxminən 150 ölkədən 1500-dən çox iştirakçı qatılır və burada dayanıqlı inkişaf məqsədlərinə uyğun yeni siyasətlərin və fəaliyyət planlarının hazırlanması müzakirə olunur. Konfrans Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Proqrama böyük maraq göstərən 500-dən çox könüllü namizəd əvvəllər Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlərdə könüllü təcrübəsi olan şəxslər arasından seçilərək müsahibələrə dəvət alıb. Namizədlərin qiymətləndirilməsi zamanı aşağıdakı əsas meyarlar nəzərə alınıb:

Güclü ünsiyyət və komandada işləmək bacarıqları;

Dinamik mühitlərdə çevik və davamlı işləmək qabiliyyəti;

Müxtəlif mədəniyyətləri və fərqli bioqrafiyaları təmsil edən insanlara hörmətlə yanaşma;

İngilis dili bilikləri (əlavə xarici dil bilikləri üstünlük hesab edilir).

Yekun seçim mərhələsindən sonra təsdiqlənmiş könüllülər “WTDC-25”dən əvvəl keçiriləcək və bir neçə mərhələdən ibarət olacaq xüsusi təlim proqramına dəvət ediləcəklər. Təlimlər könüllülərin tədbir zamanı öhdəliklərini peşəkar səviyyədə yerinə yetirmələri üçün nəzərdə tutulub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 İyul 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri