Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

WUF13 Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir

WUF13 Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Prezident İlham Əliyevin Avropanın ən nüfuzlu televiziya kanalı olan “Euronews” televiziyasına müsahibələri artıq ənənəyə çevrilib. Bu baxımdan təsadüfi deyildir ki, ölkə başçımız Bakı şəhərində keçirilən çox böyük əhəmiyyətə malik BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını (WUF13) işıqlandıran dünyanın bir çox ölkələrini təmsil edən kütləvi informasiya vasitələrindən ilk olaraq məhz “Euronews” televiziyasına geniş müsahibə verib.

Bakı Olimpiya Stadionunun ərazisində təşkil edilən və “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 həm əhatə dairəsinə, həm də iştirakçı sayına görə fərqlənir. Tədbirdə iştirak etmək üçün 182  ölkədən 45 mindən artıq şəxs qeydiyyatdan keçib ki, bu da forumun tarixində rekord göstəricidir. “Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyevin bildirdiyi kimi: “WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir”.

Bu gün öləmizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Qarabağ və Şərqi Zəngəzur 30 ilə yaxın Ermənistanın işğalı altında olduğundan orada böyük miqyaslı dağıntılar vardır. Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, “biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik”.

İlk növbədə bu ərazilərdə elektrik enerjisi ilə təminat məsələlərinə böyük fikir verilib. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.

İşğaldan azad edilən ərazilərdə dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. Hazırda əsas sərmayələr yaşayış sahələrinin tikintisinə yönəldilib. Burada şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr,  hər bir kənd üzrə planlar həyata keçirilir. Ölkə başçısının qeyd etdiyi kimi Azərbaycanın  təcrübəsi bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.

Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə  dünyada birinci yerdədir və bu rəqəm artmaqdadır.  Ümumilikdə 10-u Avropa İttifaqının üzvü olan 12 Avropa ölkəsi Azərbaycandan qaz alır və ölkəmizlə başlamaq istəyən ölkələrin müraciətlərinin sayı artlq.

Bu gün Avropanın Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Bunu nəzərə alaraq ölkəmiz Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurub.

Mühasibədə Yaxın Şərqdə baş verən hadisələrə toxunularaq qeyd edilib ki, bu hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir. Bəzilərinin yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bildiyini söyləyən dövlətimizin başçısı qeyd edib: “Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir”.

Müsahibədə də qeyd edildiyi kimi, WUF13 sessiyasının Bakıda uğurla keçirilməsi Azərbaycanın dünya miqyaslı problemlərin həllində aparıcı qüvvə olduğunu, təhlükəsiz, dayanıqlı və inklüziv gələcəyin qurulmasına verdiyi qlobal töhfəni bir daha bütün dünyaya nümayiş etdirir.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 May 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see294

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see280

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see272

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see239

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see227

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see224

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see223

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see222

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see222

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see211

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see209

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see203

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see186

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see180

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see180

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see176

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri