Icma.az
close
up
RU
WUF13 Azərbaycanın qlobal dialoq platformasına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır ŞƏRH

WUF13 Azərbaycanın qlobal dialoq platformasına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycanın COP29 təcrübəsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) da yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ortaq Dəyərlər İctimai Birliyinin (İB) sədri Aqil Camal bildirib.

Onun sözlərinə görə, forumun şəhərsalma sahəsində önə çıxardığı problemlərin və çağırışların bir çoxu COP ideyaları ilə səsləşir.

“Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 konfransı çərçivəsində şəhərlərin sürətli böyüməsi, kənddən şəhərə miqrasiya, şəhərsalma fəaliyyəti prosesinin sosial-iqtisadi nəticələri, ekoloji tarazlıq, iqlim dəyişikliklərinin şəhər həyatına təsiri kimi məsələlər geniş müzakirə olunub. Bu müzakirələr şəhərlərin gələcək inkişaf modelinin daha dayanıqlı, ekoloji cəhətdən balanslı və insanyönümlü qurulmasının vacibliyini bir daha gündəmə gətirib. Belə beynəlxalq tədbirlərin ardıcıl şəkildə keçirilməsi Azərbaycanın qlobal dialoq platformasına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses ölkədə həm institusional təcrübənin zənginləşməsinə, həm də mütəxəssislərin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır. Eyni zamanda, media və vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı bu cür forumların nəticələrinin daha geniş auditoriyaya çatdırılmasına və ictimai şüurun formalaşmasına töhfə verir”, - deyə A.Camal qeyd edib.

İB-nin sədri vurğulayıb ki, Azərbaycan artıq müasir şəhərsalma elementlərini praktikada tətbiq edən ölkələrdən biridir. O qeyd edib ki, torpaqlar işğaldan azad olunduqdan sonra həmin ərazilərdə genişmiqyaslı tikinti-quruculuq və infrastruktur layihələri həyata keçirilir: “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində aparılan işlər yalnız yaşayış məntəqələrinin bərpasını deyil, həm də müasir texnologiyalara əsaslanan yeni şəhərsalma modelinin formalaşdırılmasını nəzərdə tutur. Bu modeldə enerji səmərəliliyi, rəqəmsal həllər, ekoloji davamlılıq və sosial rifah əsas prioritetlər kimi müəyyənləşdirilib. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları artıq qlobal inkişaf trendinə çevrilib. Texnoloji inkişaf nəticəsində şəhər və kənd arasında həyat keyfiyyəti fərqlərinin azalması müşahidə olunur. Bu baxımdan regionlarda müasir infrastrukturun yaradılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqi paytaxta miqrasiya meyillərinin azalmasına da müsbət təsir göstərə bilər”.

Aqil Camalın sözlərinə görə, forum iştirakçılarının azad olunmuş Qarabağ bölgəsinə səfərlərinin təşkili mümkün olarsa, bu, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma və dayanıqlı şəhərsalma layihələrinin beynəlxalq ictimaiyyətə nümayişi baxımından əhəmiyyətli olar.

“Belə səfərlər həm ölkənin əldə etdiyi təcrübənin paylaşılmasına, həm də gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verə bilər. COP29 təcrübəsi və son illərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri Azərbaycanın beynəlxalq şəhərsalma platformalarında daha fəal iştirakına imkan yaradır və bu istiqamətdə ölkənin nüfuzunun artmasına xidmət edir”, - deyə İB sədri əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Fevral 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri